3D-printerin köməyilə saç tökülməsinə qalib gəlmək mümkün olacaq İyul 02, 2019 | 03:19 / Maraqlı məlumatlar

ABŞ-ın Kolumbiya Universitetinin mütəxəssisləri saç follikullarının yaradılması üçün istifadə ediləcək toxuma istehsalı və üçölçülü çap metodunu kəşf ediblər. Bu metodun insanları saç tökülməsindən xilas edəcəyi bildirilib. Alimlər follikulları laboratoriyada və canlı gəmiricilərdə yetişdirə biliblər.

meddaily.ru saytının məlumatına görə, printer uzun və incə çap elementlərinə malikdir. Onlar insan dərisinin yaradılması üçün vacib komponentləri əldə etməyə imkan verir. Bu sistemdən istifadə etməklə, alimlər kollagen və  insan fibroblastlarından ibarət gelin incə qatını formalaşdıraraq, insan dərisinin strukturunu yaradıblar. Sonra istifadə edilən və mili xatırladan başlıq geldə dərin və dar çuxurlar yaratmağa imkan verib.

Daha sonra dendrit hüceyrələr həmin çuxurlarda əkilir və bioaktiv amillərdən ibarət kokteyllə doldurulur. Bu, onlara yetişmiş saç follikullarına çevrilməyə kömək edir. Alimlər dərini xatırladan strukturları siçanlara transplantasiya ediblər. 4-6 həftə sonra transplantasiya yerlərində insan saçlarına bənzəyən strukturların artması müşahidə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı