İnsan dərisinə təmas etdiyi zaman fəaliyyətini dayandıran “ağıllı” mişarlar İyul 01, 2019 | 10:36 / Maraqlı məlumatlar

Məlumdur ki, masaüstü mişarlardan istifadə ilə bağlı peşələr insan təhlükəsizliyi üçün riskli hesab olunur. Bu kimi işlərdə insanın əl barmaqlarının kəsilməsi hallarına tez-tez rast gəlinir. ABŞ-ın mişar istehsalçısı “SawStop” şirkəti bu istiqamətdə əhəmiyyətli bir texnologiya inkişaf etdirib.

“Jobsite Saw” adlı təkərli dəzgahüstü mişar kompüter sistemi ilə işləyir. Dəzgahın alt hissəsində yerləşən kompüter mişara insanın müəyyən bir üzvü toxunduğu anda müxtəlif sensorlar vasitəsi ilə bunu anlayaraq əyləci aktivləşdirir və mişarı dayandırır.

Anlama və mişarın işini dayandırması arasında olan vaxt 5 millisaniyə təşkil edir. Mişarın 10 düym ölçüsündə olduğunu nəzərə alsaq, dəqiqədə 4000 dövr edərkən 5 millisaniyədə dayanması olduqca sürətli hesab oluna bilər. Şirkət bu texnologiyanı əvvəlki modellərdə də tətbiq etsə də, yeni məhsulda onu daha da təkmilləşdirib.

Müvafiq iş yerlərində işçilərinin, eləcə də tədris mərkəzlərində şagird və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün bu kimi sistemlərin tətbiqi əhəmiyyətli məsələlərdəndir.

Qeyd edək ki, “Jobsite Saw”un qiyməti 1300 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı