Yeni stol eyni zamanda bir neçə qadceti enerji ilə dolduracaq İyun 27, 2019 | 04:15 / Texnoloji yeniliklər

İspaniyanın “Proton New Energy Future” startapı masa formasında hazırlanmış “Ebörd” qurğusunu təqdim edib. Onun səthinə bir neçə qadcetin eyni zamanda enerji ilə doldurulması üçün nəzərdə tutulmuş simsiz yükləmə qurğusu quraşdırılıb. “Ebörd” şəbəkəyə qoşulmasa da, Günəş enerjisi və hətta otaq işıqlandırılmasından “qidalana” bilir.

techcult.ru saytının məlumatında bildirilir ki, “Ebörd” zahirən “Ikea” stilində müasir mebel kimi görünür. Lakin onun tünd rəngli şüşə səthinin altında müasir texnologiyalar gizlədilib. Adətən, inteqrasiya edilmiş simsiz yükləmə səthləri olan qarniturun predmetləri bilavasitə enerji yükləmə nöqtələrində olan bir və ya iki yükləmə yuvasına malikdir. “Ebörd” qurğusunda 50-dən çox belə yuva var ki, bu da istənilən yerdə eyni zamanda 4 qurğunu enerji ilə doldurmağa imkan verir.

“Ebörd” üçün “Qi” eneji ilə doldurulma platforması nəzərdə tutulub. Deməli, qurğudan son nəsil “iPhone” və “Samsung Galaxies”, “Google Pixel 3”, “Google Pixel 3 XL”, həmçinin “Sony”, “Nokia”, “LG” şirkətlərinin flaqman telefonları, “ağıllı” saatlar, planşetlər, qulaqlıqlar və digər qadcetlərin sahibləri istifadə edə bilərlər.

Masanın səthi günəş enerjisini toplaya və batareyada saxlaya bilən nazik pərdəli fotoelektrik panellə örtülüb. “Proton New Energy Future” mütəxəssisləri aşağı işıqlanma dərəcəsi şəraitində günəş modullarının məhsuldarlığını 60 faiz yüksəldən dəniz bakteriyalarının zülalı əsasında xüsusi membran hazırlayıblar.

“Ebörd”dən adi masa kimi də istifadə etmək olar. O, kifayət qədər möhkəm və sukeçirməzdir. “Indiegogo” platformasında “Ebörd” baza modelini 450 dollara, premium versiyasını isə 570 dollara sifariş etmək mümkündür. Qurğunun cari ilin noyabr ayında satışa çıxarılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı