“Facebook” öz kriptovalyutası Libra-nı rəsmi olaraq təqdim edib İyun 25, 2019 | 08:59 / Maraqlı məlumatlar

Spekulyativ bitkoindən fərqli olaraq, yeni valyuta real aktivlərlə təmin ediləcək. “Facebook”un bəyanatına əsasən, Libra-nı İnternetdə və offlayn olaraq ödəniş üçün istifadə etmək mümkün olacaq.

“Facebook”un “Libra” şirkətinin kriptovalyutası blokçeynə əsaslanan şəbəkə ilə birlikdə növbəti il ərzində istifadəyə veriləcək. Bu haqda şirkətin rəhbəri Mark Zukerberq məlumat verib.

hi-tech.mail.ru saytının məlumatına əsasən, “Facebook”un məqsədi sabitliyinə görə dollara güzəştə getməyən, mal və xidmətlərin alınması üçün istifadə oluna bilən və bank borcları daxil olmaqla maliyyə məhsullarının hər bir spektrini dəstəkləyən qlobal desentralizasiya olunmuş ödəniş üsulu yaratmaqdır.

“Facebook” Libra-nı hazırlamaqla yanaşı, ilin sonuna kimi bu layihəni müstəqil istifadəyə verməyi planlaşdırır. Sonra isə, şirkət onu daha böyük cəmiyyətin idarəetməsinə təqdim etmək niyyətindədir. Şirkət Libra-ya və onun inkişafına nəzarət üçün 27 tərəfdaşı ilə birgə “Libra Association” qeyri-kommersiya təşkilatını formalaşdırıb.

Bu təşkilatlar, həmçinin “Libra Reserve” xüsusi fonduna öz töhfəsini verəcəklər. Kriptovalyuta yaradıcıları ümid edirlər ki, Libra istifadəyə verildikdən sonra yüzlərlə şirkət assosiasiyaya daxil olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı