Dünyanın ən ucuz planşeti Yanvar 23, 2014 | 02:40 / Texnoloji yeniliklər

Böyük Britaniyanın ucuz planşet istehsalçısı “Datawind” şirkəti “UbiSlate 7Ci” planşet kompüterinin satışlarına start verib. İstehsalçının sözlərinə görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir. 

cnews.ru saytının məlumatında bildirilir ki, qurğu 800x480 piksel təsvir ölçülü 7 düymlük ekran, “Cortex-A8” nüvəli və 1 QHs takt tezlikli prosessor, 512 Mb əməli yaddaş, 4 Qb daxili yaddaş, Wi-Fi və mini-USB ilə təchiz edilib. 

UbiSlate 7Ci planşeti “Android 4.0.3 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyir. Qurğudan, həmçinin səs çağırışları üçün istifadə etmək mümkündür. 

Qeyd edək ki, Hindistan hökumətinin sifarişi ilə hazırlanmış yeni planşet ilk növbədə bu dövlətin ali məktəb tələbələri üçün nəzərdə tutulub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı