Neyron şəbəkənin köməyilə kvadrokopterlərin effektivliyi yüksəldilib İyun 12, 2019 | 10:14 / Maraqlı məlumatlar

Kaliforniya Universitetinin tədqiqatçılar qrupu operatorun əmrlərini yerinə yetirmək üçün öz vintlərini fırlada və yumşaq eniş edə bilən kvadrokopter təqdim edib. Yumşaq eniş etmə bacarığı qurğunu digər avtonom uçuş aparatlarından fərqləndirir.

Ekspertlər qeyd edirlər ki, adi kvadrokopterlər üçün yumşaq eniş etmək kifayət qədər çətindir. Çünki bunun üçün alqoritm ekran effekti də daxil olmaqla, bir çox amilə diqqət yetirməlidir. Burada rahat və bərabər enişə mane olan hava axını da nəzərdə tutulur.

onauke.info saytının məlumatına görə, bu problemin həlli üçün alimlər neyron şəbəkədən istifadə etməyi qərara alıblar. Alqoritm böyük həcmli informasiyanı öyrənir və qanunauyğunluqları aşkar edir, sonra bu məlumatlara əsaslanaraq, tanış olmayan məkanda hərəkət edə bilir. Ənənəvi proqramlaşdırmadan fərqli olaraq, belə yanaşma alqoritmə daha çox məsələ həll etməyə və daim özünü təkmilləşdirməyə imkan verir.

Kvadrokopterin yumşaq eniş etməsinə nail olmaq üçün neyron şəbəkədən müxtəlif enmələr haqqında məlumat massivini emal etmək və konkret vəziyyətdə vintlərin fırladılmasının optimal gücünü təyin etmək tələb olunub. Bu, həm də qurğuya kiçik hündürlükdə daha yaxşı uçmağa imkan verib.

Alimlər yeni texnologiya haqqında Monrealda keçirilən “ICRA 2019” elmi konfransında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı