"Apple" şirkətində yeni məhsulların nümayişindən sonra nə baş verdi? Sentyabr 11, 2014 | 10:38 / Maraqlı məlumatlar

"Apple" şirkətinin rəhbəri Tim Kuk yeni məhsulların təqdimat mərasimində iPhone-u "istehlakçı məmnunluğuna görə dünyada ən çox sevilən smartfon" adlandırdı. Bu bəyanat səhmdarları o qədər də ruhlandırmadı. Belə ki, iPhone 6 və iPhone 6 Plus məhsullarının elanından dərhal sonra "Apple"in səhmləri 3 faiz artsa da, Watch saatlarının nümayişindən sonra aşağı düşdü.

Sentyabrın 9-na olan nəticələrə görə, "Apple"in səhmləri 97,99 dollar oldu ki, bu da 1 gün əvvəl ilə müqayisədə 0,38% azdır. Ümumilikdə, Kaliforniya nəhənginin bazar kapitallaşması təxminən 30 milyard dollara kimi azaldı.

dailycomm.ru saytından bildiriblər ki, 2014-cü ilin əvvəllərindən "Apple"in qiymətli kağızları ümumilikdə 20% bahalaşmışdı. Həmin dövr üçün S&P 500 indeksi isə yalnız 7,8% yüksəlmişdi.

"Bespoke Investment Group" analitiklərinin sözlərinə görə, "Apple" səhmlərinin cari vəziyyəti səciyyəvi hal hesab oluna bilər: onlar yeni məhsulların işə salınması ərəfəsində bahalaşır, ay boyunca qiymətdən düşür, üç ay sonra isə yenidən artım nümayiş etdirməyə başlayırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı