Qulaqlıqlar sağlamlıqla bağlı ciddi problemlərin yaranmasına səbəb olur İyun 12, 2019 | 02:48 / Maraqlı məlumatlar

Rusiyanın L.Sverjevski adına Otorinolarinqologiya Elmi-tədqiqat İnstitutunun Qulaq Mikrocərrahiyyəsi Bölməsinin rəisi Yevgeni Qarov qulaqlıqların yanlış istifadəsinin təhlükəli olması barədə xəbərdarlıq edib. Belə ki, qulaqlıqlar eşitmə qabiliyyətinin azalmasına, qulaq tıxaclarının yaranmasına və hətta qulaq kanalının zədələnməsinə gətirib çıxara bilər.

meddaily.ru saytının məlumatına görə, səs dalğalarının uzunmüddətli təsiri zamanı tez-tez eşitmə ilə bağlı problemlər və baş ağrısı yaranır. Bu riski azaltmaq üçün gündə 3 saatdan çox qulaqlıqlar vasitəsilə musiqi dinləmək tövsiyə edilmir. Hər 30-40 dəqiqə sonra fasilə etməyi də unutmaq olmaz. Bu zaman səsin yüksəkliyi orta səviyyədə olmalıdır.

Qulaqda kükürd tıxacları isə qulaqlıqların uzun müddət taxılması nəticəsində eşitmə kanalının özünütəmizləmə prosesinin pozulmasına görə yaranır. Bundan başqa, qulaqlıqların ölçüsünün uyğun olmaması qulağın zədələnməsi və daxilə bakteriyaların düşməsi nəticəsində infeksiyanın yaranmasına səbəb ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı