Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq İyun 12, 2019 | 10:30 / Maraqlı məlumatlar

Aktyorların gələcək karyerasının daha uğurlu olacağını və ya “qızıl illər”inin artıq geridə qaldığını 85 % dəqiqliklə proqnozlaşdıran yeni proqram hazırlanıb.

Londonun Kraliça Mariya Universitetinin alimləri IMDb (Internet Movie Database) filmlərinin İnternet-bazası əsasında neyron şəbəkəni 2,4 milyondan çox aktyor və aktrisanın profili üzərində öyrədiblər.

nanonewsnet.ru saytının verdiyi məlumata əsasən, yeni proqram kino ulduzlarının filmlərdə rol almasını  “isti” və “soyuq” zolaqlara ayırıb. Məlum olub ki, karyerasının “soyuq” zolaqlı anlarını aktrisalar kişi həmkarlarından daha çətin keçirirlər. Kişilər uzunmüddətli fəaliyyətsizlikdən tez özünə gələrək işi davam etdirdikləri halda kino sənayesinin qadın nümayəndələri ideal rol axtarışını davam etdirərək çox vaxt itirirlər.

Bundan əlavə, alqoritm aktyor və aktrisalar üçün “qızıl illər”in fərqli olmasını müəyyənləşdirib. Kişilərdə bu müddət gec başlasa da qadınlar artıq gənc yaşlarında daha çox rol təklifləri alırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı