Robot insan xəttini və şəkilləri eyniylə təkrarlamağı “öyrənib” İyun 03, 2019 | 11:10 / Maraqlı məlumatlar

Kağız üzərində yazı yazmaq  kifayət qədər sadə insan bacarığı kimi görünsə də əslində o son dərəcə mürəkkəb bir prosesdir.

Yazı prosesində hərəkətlərin müxtəlifliyinə baxmayaraq Braun Universitetinin tədqiqatçıları robota yazı sistemini öyrətməyə” müvəffəq olublar. Hazırda o qısa müddət ərzində yazı lövhəsinə müxtəlif dillərdə söz yazmaq, hətta sadə şəkilləri eyniylə köçürə bilmək imkanına malikdir.

nanonewsnet.ru saytının məlumatına görə, alqoritmi robota tətbiq edən müəllif Atsunobu Kotani adlı tələbədir. Hazırlanan təlim sistemi “lokal” və “qlobal” olmaqla iki modeldən ibarətdir. Qlobal” model robota konkret söz və ya simvolun yazılması üçün göndərmə nöqtəsinin mümkün yerini müəyyənləşdirməyə kömək məqsədilə şəkli tam görməyə imkan verir. “Lokal” model isə robota üzərində işlədiyi rəsmi və ya çertyoju tamamlamağa şərait yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı