“RoboBee”nin təkmilləşdirilmiş versiyası təqdim olunub May 29, 2019 | 03:30 / Maraqlı məlumatlar

Hazırda ölçüsü və konstruksiyasına görə həşəratları xatırladan kiçik robotların yaradılması kifayət qədər bahalı əyləncə kimi görünür. Lakin bu kimi kibernetik “həşəratların” potensialı böyükdür. Belə ki, bu robotlardan kənd təsərrüfatı, ekoloji monitorinq və bir çox digər sahələrdə, eləcə də zərər çəkmişlərin xilas edilməsi və onlara yardım edilməsi üzrə missiyalarda istifadə etmək mümkün olacaq. Lakin bu kimi robotların və onların əsas komponentlərinin hazırlanması onların mikroskopik ölçüsü ilə bağlı bir sıra çətinliklər yaradır. Həmin çətinlikləri bu və ya digər üsulla həll etmək mümkün olduqda belə, bu qədər kiçik qurğuların hərəkəti və ya uçuşunun sabitliyi ilə bağlı digər problemlər yaranır.

dailytechinfo.org saytının məlumatına əsasən, bir müddət əvvəl Harvard Universitetinin mütəxəssisləri “RoboBee” adlı uçan mikrorobot hazırlamışdılar. Onların səylərinə baxmayaraq, bu robot uçuş zamanı tələb edilən sabitliyi əldə edə bilməmişdi. Problemin həlli yaxın zamanda Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən təklif edildi. Bu həll yeni “Bee+” mikrorobotunun konstruksiyasında gerçəkləşdirildi. “Bee+” artıq öz sələfi kimi 2 deyil, 4 qanada malikdir.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları öz araşdırmalarında qeyd edirlər ki, uçuş zamanı fırlanmaya nəzarət “RoboBee” robotunun konstruksiyasına daha 2 qanadın əlavə edilməsi ilə kifayət qədər asanlaşıb. Lakin bu zaman mühərriklərin çəkisi 50 mq təşkil edib. Əlavə qanadlarla təchiz edilmiş “RoboBee” orijinal robotu çox ağırlaşdığından havaya qalxa bilməyib və alimlər daha effektiv mühərriklər hazırlamalı olublar.

Yeni mühərriklərdən istifadə sayəsində “Bee+” (95 mq) robotunun çəkisi ilə “RoboBee”nin (80 mq) çəkisi arasında cüzi fərq yarandı. Bu mühərriklərin böyük gücü “Bee+” robotuna havaya qalxmağa, əlavə edilmiş qanadlar isə manevr etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, hətta bütün üstünlüklərinə baxmayaraq, “Bee+” robotu da mükəmməl robot-həşəratdan olduqca uzaqdır. O, şəxsi enerji mənbəyi və idarəetmə sistemi ilə təchiz edilərsə, çətin ki, havaya qalxa bilsin. Bu zaman robotun hər hansı faydalı yükü havaya qaldırmasından söhbət belə gedə bilməz. Ona görə də müxtəlif faydalı işləri yerinə yetirəcək uçan robot-həşəratların yaranmasını hələ uzun müddət gözləməli olacağıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı