Dördayaqlı robot 3 tonluq sərnişin təyyarəsini yerindən tərpədib May 29, 2019 | 12:50 / Maraqlı məlumatlar

ABŞ-ın tanınmış robot texnikası istehsalçısı “Boston Dynamics” şirkəti 10 “SpotMini” robotunun ağır yük maşınını dartdığını əks etdirən video yayımlamışdı. İtaliya Texnologiya İnstitutunun Dinamik Sistemlər Laboratoriyasının mütəxəssisləri bundan ilhamlanaraq, istehsal etdikləri “HyQReal” robotunu sərnişin təyyarəsini dartmağa məcbur ediblər.

Daha əvvəl “HyQ” robotu yalnız ayaqları üzərində dayana bilirdi. Bir müddət sonra robotun konstruksiyası bir neçə dəfə təkmilləşdirildi və artıq itdən bir qədər böyük olan “HyQReal” robotu inanılmaz gücə malikdir.

dailytechinfo.org saytının məlumatına görə, uzunluğu 133 sm, hündürlüyü isə 90 sm olan robotun çəkisi 130 kq təşkil edir. Bu çəkinin əhəmiyyətli hissəsi hidravlik sistemi hərəkətə gətirən, dörd elektrik mühərrikini enerji ilə qidalandıran 48 voltluq akkumulyator batareyasının payına düşür. İki bort kompüteri bütün elektronikanı idarə edir. Bütün bunlar qoruyucu alüminium karkasla örtülüb, üzərinə kevlar və plastik kütlədən hazırlanmış “dəri” üz çəkilib.

“HyQReal” robotunun qoşulduğu təyyarə “Piaggio P180 Avanti” adlı kiçik sərnişin təyyarəsidir. Uzunluğu 14 metr olan təyyarənin çəkisi 3,3 ton təşkil edir. Robot təyyarəni yerindən tərpədərək irəli dartmaq üçün öz rezin ayaqları ilə ondan bütün qüvvəsi ilə yapışmalı olub.

Bütün bunlar ilk baxışdan mənasız əyləncə kimi görünə bilər, lakin “HyQReal” robotu təbii fəlakətlər və texnogen qəzalar zamanı zərər çəkmiş insanlara yardım etmək üçün hazırlanıb. Bu zaman robot öz bacarıqlarından və gücündən istifadə edərək, məsələn, yaralı insanı uçqundan çıxara biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı