Neyroşəbəkə bir statik təsvir əsasında portretləri “canlandırır” May 24, 2019 | 09:37 / Texnoloji yeniliklər

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun mühəndisləri və “Samsung AI Center-Moscow” Süni İntellekt Mərkəzinin mütəxəssisləri cəmi bir neçə statik kadr əsasında insanın sifətinin real animasiyalaşdırılmış təsvirini yaradan sistem hazırlayıblar. Adətən bu zaman təsvirlərdən ibarət böyük məlumat bazalarından istifadə tələb olunur, lakin istehsalçılar tərəfindən təqdim edilmiş nümunədə sistemə cəmi 8 statik kadrdan insan sifətinin animasiyalaşdırılmış təsvirini yaratmağı öyrədiblər.

hi-news.ru saytının məlumatına əsasən, “Fewshot learning” adlı sistem insanların danışan başlarının və hətta portret şəkillərinin real modellərini yarada bilir. Sistemin öyrədilməsi üçün istehsalçılar tanınmış simaların video təsvirlərindən ibarət geniş məlumat bazasından istifadə ediblər. İnsanların başlarının statik təsvirlərinin emalı və animasiyalaşdırılması üçün 3 neyroşəbəkədən istifadə olunub: “Embedder” (tətbiqetmə şəbəkəsi), “Generator” (generasiya şəbəkəsi) və “Discriminator” (diskriminator şəbəkəsi).

İstehsalçılar bildiriblər ki, yeni sistem təsvirdəki hər bir insan üçün fərdi şəkildə, generator şəbəkəsi və diskriminator şəbəkəsinin parametrlərini inisializasiya edə bilir. Buna görə də təlim prosesi cəmi bir neçə təsvirə əsaslanır. Bu da milyonlarla parametrin seçilməsi ehtiyacına baxmayaraq, sistemin sürətini artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı