Böyük elastik ekranlar qızıl və polimer nanozərrəciklərindən hazırlanacaq May 24, 2019 | 05:14 / Texnoloji yeniliklər

Pikselin ölçüsü ekranın bir neçə parametrini müəyyən edir. O, nə qədər azdırsa, ekranın keyfiyyəti bir o qədər yüksəkdir. Digər tərəfdən, pikselin ölçüsü ekranın elastikliyini müəyyənləşdirir: kiçik ölçü, həm də böyük elastiklik deməkdir.

Böyük Britaniyanın Kembric Universitetinin alimləri elastik ekranlar üçün piksellərin yeni hazırlanma texnologiyasını yaradıblar. Ekranların mərkəzində yapışqan örtüklə əhatə olunmuş və diametri bir neçə nanometr təşkil edən kiçik qızıl hissəciyi vardır. Bu hissəcik işığı əks etdirən səth üzərində yerləşdirilib.

Hissəciyin üzərinə işıq düşdükdə o, alt səthdən əks olunur və hissəciyin daxilindən keçir. Yapışqan örtük elə tərkibə malikdir ki, özündə müəyyən dalğa diapazonunda işığı saxlaya bilər. Bu diapazonu hissəciyə müxtəlif gərginlik verərək, dəyişdirmək olar. Qurğu dalğa uzunluqlarının bir hissəsini saxlayaraq, spektrdən lazımi rəngi ayırd etməyə imkan verir.

onauke.info saytının məlumatına görə, qızıl nanozərrəciyinin ətrafındakı yapışqan örtük polianilin adlı polimerdən ibarətdir, işığı əks etdirən alt qat isə güzgü örtüyünə malik elastik plastik kütlədən hazırlanıb. Belə piksellər həm adi günəş işığı, həm də ekranın işığı ilə işləyə bilir. Gün işığı olduqda belə piksellərdən ibarət ekranlar smartfonların displeyləri ilə müqayisədə daha az enerji sərf edir. Piksellərin kiçik ölçüsü sayəsində mütəxəssislər, hətta yalnız 10 faizi “nanopiksellərlə” örtülmüş səthdə təsvir yarada bilərlər.

Hazırda alimlər qrupu piksellərin rəng qammasının yaxşılaşdırılması üzərində işləyir və texnologiyanın inkişaf etdirilməsi üçün partnyor axtarışındadır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı