Arterial qanaxmanı dayandıran hidrogel hazırlanıb May 23, 2019 | 02:34 / Texnoloji yeniliklər

Qarşısıalınmaz qanaxma cərrahi prosedurlar zamanı və travma nəticəsində yaranan çox ciddi problemdir, insan həyatı üçün böyük təhlükədir.

Çinin bir neçə elmi müəssisəsinin alimlərindən ibarət qrup deşilmiş arteriyadan qanın axmasını dayandıran hidrogel hazırlayıb. Alimlər hidrogelin necə hazırlandığını və heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini qeyd edirlər.

Bir çox hallarda qanaxma böyük arteriyanın və ya qaraciyər kimi orqanın zədələnməsi nəticəsində yaranır. Bütün hallarda təcili olaraq, qərar qəbul etmək lazımdır, əks təqdirdə zərər çəkmiş öləcək. Hazırda belə yaranın müalicəsi onun bağlanması üçün tikişlərin qoyulması ilə arteriyanın sıxılmasından ibarətdir. Daha əvvəl alimlər yaraları “yapışdırmaq” üçün bir növ yapışqan yaratmağa çalışırdılar, lakin hələ ki, onların heç biri düşünüldüyü kimi işə yaramayıb. Belə ki, ya yapışqan zəhərli materiallardan ibarət olub, ya da qanaxma zamanı mayenin yüksək təzyiqinə qarşı durmaq üçün kifayət qədər möhkəm olmayıb. Artıq alimlər yeni hidrogeli yaratmaqla hər iki problemin həllinə nail olublar.

hi-news.ru saytının məlumatına görə, hidrogel su, jelatin, zülal və başqa kimyəvi maddələrin qarışığından ibarətdir. Onun strukturu insanın birləşdirici toxumalarına maksimal dərəcədə bənzədilib. Ultrabənövşəyi işıq gelin üzərinə düşdükdə o, cəmi 20-30 saniyə ərzində yaraya yapışaraq və qanın axmasının qarşısını alaraq, bərkiyir və sıxlaşır. Alimlər qeyd edirlər ki, hidrogel 290 mm civə sütununa bərabər təzyiqə davam gətirə bilər.

Tədqiqatçılar həmçinin bildirirlər ki, donuzun yuxu arteriyasını deşib yaraya gel qoyaraq, hidrogeli sınaqdan keçiriblər. Hidrogel yaranı bağlayaraq donuzun həyatını xilas etməklə yanaşı, həm də yaranın sağalmasına imkan verib. Bundan başqa, hidrogel orqanizmə zərər vurmadan parçalanmağa başlayıb. Sonra alimlər dovşanın bud arteriyası və qaraciyərindən qanın axmasını dayandırıblar. Hidrogeli insan üzərində sınaqdan keçirməzdən əvvəl onun təhlükəsizliyinin araşdırılması tələb olunur. Lakin ilkin nəticələri artıq müvəffəqiyyətli hesab etmək olar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı