Yeni kamera obyekti 45 km məsafədən çəkə bilir May 20, 2019 | 10:40 / Texnoloji yeniliklər

Fizik Çjen-Pin Li və onun Çinin Şanxay Elm və Texnologiya Universitetində çalışan həmkarları şəhərdə onlarla kilometr məsafədə fotoşəkil çəkmək üçün xüsusi sistem hazırlayıblar. Şəhər mühiti belə bir iş üçün əlverişsizdir, orada çoxlu sayda parazit işıq mənbələri, buxarlanma və s mövcuddur. Daşınan obyektlərin olması və ətraf mühitin çirklənməsini də nəzərə almaq lazımdır. Lakin məhz şəhərlərdə uzaq məsafələrdə geniş miqyaslı monitorinq sistemi tələb olunur.

techcult.ru saytının məlumatında bildirilir ki, qurğunun əsasını innovativ foton lidar (bir fotonu tutan detektor) təşkil edir. Cihaz 10 km məsafədə yerləşən obyektləri görəcək qədər həssasdır. Lakin alimlər bir qədər də irəli gedərək, teleskopun əsasında foton şüalarını 20 km və hətta 45 km məsafədə ötürən və qəbul edən qurğu hazırlayıblar.

Sistem 1550 nanometr dalğa uzunluğunda, 100 kilohers tezlikdə və 120 millivat gücündə infraqırmızı lazerdən istifadə edir. Bu, gözlər üçün təhlükəsizdir və şəhərdə təcrübə aparmağa imkan verir. Çinli alimlərin əsas xidməti qaplama alqoritminin inkişaf etdirilməsidir: onlar fotonların hədəfdən geri qayıtmasının “zaman pəncərəsini” hesablamağı öyrənməklə, bu məlumatlar üzrə bütün digər parazit fotonları istisna ediblər. Bu kimi müşahidələr zamanı böyük bir problem yaradan günəş işığı da buraya daxildir. Nəticədə obyektin xüsusiyyətləri görünməyə başlayır.

Kameranın dəqiqliyi hər kəsi təəccübləndirir. Belə ki, Çonqminq adasında 29 mərtəbəli göydələnin damından çəkiliş etdikdə tədqiqatçı qrupu onlardan təxminən 45 km məsafədə olan Pudun aeroportunda bir binanın pəncərələrini dəqiqliklə saya biliblər. Bundan əlavə, sistemin təsvir ölçüsünü 1 metrdən 60 santimetrədək artırıblar. Bütün bunlar ayaqqabı qutusu ölçüsündə konteynerə yerləşən avadanlığın köməyilə edilib. Hazırda Li və onun həmkarları 100 km-lik baryeri aradan qaldırmaq, həmçinin alqoritmləri yaxşılaşdırmaq niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı