3D-printerdə Marsda yaşayış üçün ev çap olunub

16 May 2019 - 10:07 | Maraqlı məlumatlar
3D-printerdə Marsda yaşayış üçün ev çap olunub

NASA-nın müsabiqəsi çərçivəsində ABŞ-ın “AI SpaceFactory” dizayn və arxitektur şirkəti 3D-printer vasitəsilə Ayda və Marsda yaşayış üçün ev çap edib.

belta.by saytının məlumatına görə, müsabiqə zamanı iştirakçılardan Marsda tapılan materiallar vasitəsilə bina maketi qurmaq tələb olunub. “AI SpaceFactory” öz modelini bioparçalanan və yenidən emal edilən biopolimer bazalt kompozitindən çap edib. Ev möhkəmlik və hermetiklik baxımından sınaqlardan uğurla keçib. Bu layihəyə görə agentlik NASA-dan 500 min ABŞ dolları məbləğində mükafat əldə edib.

Qeyd edək ki, 2015-ci ildə NASA uzunmüddətli kosmik missiyalar üçün ekoloji evin hazırlanması məqsədilə “3D-Printed Habitat Challenge” layihəsini təqdim etmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.