Salvador Dalini “canlandırdılar” May 15, 2019 | 10:37 / Texnoloji yeniliklər

ABŞ-ın Florida ştatında yerləşən, əfsanəvi ispan rəssam Salvador Dalinin yaradıcılığına həsr edilmiş muzeydə yeni sərgi təşkil edilib. Sərginin vizit kartı 1989-cu ildə vəfat etmiş ustadın özünün də burada “iştirak etməsi”dir. Təşkilatçılar mürəkkəb obrazların vizuallaşdırılması və interaktiv sistemlərin yaradılması üçün qabaqcıl texnologiyalardan istifadə ediblər.

techcult.ru saytının məlumatında bildirilir ki, rəssamın obrazının canlandırılması üçün istifadə edilmiş texnologiya illüziyadan ibarətdir. Lakin bu illüziya o qədər yüksək səviyyədədir ki, onu reallıqdan ayırmaq son dərəcə çətindir. “Salvador Dali” nümayiş podiumundan kənara çıxmır, lakin ziyarətçilərlə ünsiyyət saxlayır.

Təsvirin yaradılması üçün tarixi sənədlər, üçölçülü modellər, jestlərin tanınması üzrə ixtisaslaşmış süni intellektdən istifadə olunub. Model real aktyorların iştirakı ilə tamamlanıb, obrazı tipik ispan aksenti ilə danışan artist səsləndirir. Bütün bunlar interaktiv sistem formatına salınıb. Belə ki, Dali ziyarətçilərin hərəkətlərinə reaksiya verə, onlarla selfi çəkdirə və sadə suallara cavab verə bilir.

Layihənin həyata keçirilməsində məqsəd yeni nəsillərə rəssamın yaradıcılığını görməyə, müəlliflə, onun fəlsəfəsi və üslubu ilə tanış olmağa imkan verməkdir. Burada istifadə edilən texnologiyalar təxribatçılar kateqoriyasına aiddir. Çünki onların köməyilə hər kəsi “diriltmək”lə yanaşı, həm də personajı onun heç vaxt dilə gətirmədiyi ifadələri deməyə məcbur etmək olar. Bu da mahir fırıldaqçılıq üçün mükəmməl vasitədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı