“MS Word” mətn redaktoruna süni intellekt tətbiq edilib May 15, 2019 | 09:30 / Texnoloji yeniliklər

“MS Word” mətn redaktorunun onlayn versiyasına maşın təlimi metodlarından istifadəyə əsaslanan yeni funksiya əlavə edilib. Bu, yığılmış mətnin qaydalara uyğunluğunu dəqiqliklə yoxlamayan, onu daha da “yaxşılaşdıran” “Ideas” adlı süni intellektdir. O, mətni daha sadə, gözəl və yığcam edir.

techcult.ru saytının məlumatına görə, “Ideas” süni intellektini “Microsoft”un icraçı direktoru Satya Nadella “Microsoft Build” istehsalçılarının konfransı zamanı təqdim edib. Xidmətin əsas üstünlüyü onun mübahisə edə və mətnin fraqmentini dəyişdirmək arzusunu əsaslandıra bilməsindədir. Süni intellekt yazılmış mətnin mahiyyətini dərk edə və onu izah edə bilir ki, bu da ona daha yığcam və aydın sinonimləri seçməyə və ifadələri düzəltməyə imkan verir.

“Ideas” mətni təhlil edə, “Microsoft Graph” xidmətinin köməyilə əsas faktları və tezisləri axtara, abreviaturaları aça bilir. O, öncədən mətnin oxunmasına sərf olunan vaxtı və onun “faydalılığını” qiymətləndirə bilir, “Word Designer” funksiyasının aktiv edilməsi isə onun tətbiq sahəsini genişləndirir. İlk istifadəçilər artıq yeni funksiyanın “Word” üçün ödənişli “Grammarly” əlavəsinin imkanları ilə oxşarlıq təşkil etdiyini bildiriblər.

“Office 365” proqram məhsulu ilə işləyən istifadəçilər artıq cari ilin iyun ayında “Ideas”la tanış ola biləcəklər. O, bütün istifadəçilər üçün isə payız aylarında əlçatan olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı