Süni intellekt jurnalistləri əvəz edib May 14, 2019 | 11:00 / Maraqlı məlumatlar

Sinqapur redaksiyası “Esquire” jurnalının süni intellektin köməyi ilə hazırlanan nömrəsini dərc edib. Alqoritmlər redaktor yazısı və beş jurnalist mətnini hazırlayıblar.

“AI Squire” təxəllüsünü alan “müəllif” hər mətni hazırlamaq üçün bir neçə dəqiqə sərf edib.

ferra.ru saytının məlumatına əsasən, “Esquire” üçün botu “AI QLX” şirkəti hazırlayıb. Süni intellekt informasiyanı yazmaqdan əlavə, jurnalist mətnləri üçün mövzuları fikirləşmək imkanına da malikdir.

Qeyd edək ki, alqoritm süni intellekt, dəb və texnologiyaların tarixinə həsr edilən mövzular barədə materiallar yazıb. 

Jurnalın baş redaktoru bildirib ki, “jurnalistləri robotlarla əvəz etmək olarmı?” sualını cavablandırmaq bu sınağın əsas məqsədidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı