“Amazon” İnternetin paylanması üçün Yer kürəsinin 95 faiz əhalisini əhatə edən peyk orbitə buraxacaq May 13, 2019 | 10:16 / Mühüm hadisələr

İnternetə sürətli və bütün ərazilərdən çıxışın təmin olunması yaxın gələcəyin ən böyük çağırışlarından biridir və bazar həcmi 130 milyard dollara bərabərdir. Təəccüblü deyil ki, burada paya malik olmaq üçün güclü rəqabət aparılır.

“Amazon” şirkəti sürətli və ləngimələri olmayan peyklərin köməyi ilə aşağı orbitdə qlobal İnternetə çıxışın təmin olunmasını həyata keçirəcək. Şirkətin rəhbəri Cef Bezosun planlarında aşağı orbitə İnternetin paylanması üçün 3236 peykin buraxılması dayanır.

building-tech.org saytının məlumatına görə, peyklər orbitlərdə 590-630 kilometr məsafədə planetin səthi üzərində dövr edəcəklər. Aşağı orbitin əsas üstünlüyü siqnalın ötürülməsi zamanı ləngimələrin mövcud olmamasıdır.

Şəbəkə 56 dərəcə şimal enindən 56 dərəcə cənub eninə qədər olan əraziləri əhatə edəcək ki, burada Yer kürəsinin təxminən 95% əhalisi yaşayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı