İnformasiya Texnologiyaları İnstitutunda “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursları davam edir Sentyabr 08, 2014 | 11:17 / Mühüm hadisələr

Sentyabrın 15-dən başlayaraq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun ikinci mərhələsi keçiriləcək. 

Qeyd edək ki, kurs AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli qərarına əsasən təşkil olunur. Həmin qərarda AMEA-nın institut və təşkilatlarına wiki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsi, onların qorunması və inkişafında fəal iştirak etmələri məqsədilə daim fəaliyyət göstərən wiki-qrupların yaradılması tapşırılmışdır.

Eyni zamanda, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının Wikipedia ensiklopediyasının müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri olan biliklərin tədrisi və praktiki bacarıqların aşılanması məqsədi ilə treninq kurslarının təşkil edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.

Həmin qərarın icrası məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda Wiki-Mərkəz yaradılmışdır. Mərkəzdə cari ilin aprel ayı ərzində AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş wiki-qrupların 50 nəfər üzvünə “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsaslari” kursu tədris edilmişdir. Kursu bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verən viki-qrup üzvləri sertifikatlarla təltif edilmişlər.

Kursların birinci mərhələsi başa çatdıqdan sonra isə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən wiki-layihələrə  daxil edilmiş kontentlərin monitorinqi aparılmış, wiki-qrupların Wikipedia-da fəaliyyəti analiz edilmişdir.

“Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsaslari”  wiki-texnologiya ilə idarə olunan informasiya resurslarının yüksək səviyyədə hazırlanması və tərtibatı üçün nəzərdə tutulan xüsusi kursdur.  Kursda Wikipedia ensikopediyasının konseptual əsasları, inkişaf tarixi, müasir vəziyyəti tədris edilir. Wikipedia tələblərinə və standartlarına uyğun olaraq elm tutumlu veb-səhifələr yaratmaq, bu səhifələrə müxtəlif tipli multimedia resurslarını yükləmək və wiki-mühitin sosial şəbəkəsində davranmaq qaydaları öyrədilir.

Həftədə 2 dəfə olmaqla 1 ay davam edən kurslarda nəzəri dərslər institutun sektor müdiri Rasim Mahmudov, praktiki dərslər isə sektor müdirləri - İradə Ələkbərova və Rəna Qasımova tərəfindən aparılır .

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı