Dünyada ən güclü superkompüter “AMD” çipləri üzərində qurulacaq May 08, 2019 | 11:10 / Maraqlı məlumatlar

“AMD” və “Cray” şirkətləri 2021-ci ildə ABŞ-ın Energetika Nazirliyi üçün “exascale” sinfinə aid olan, məhsuldarlığı bir ekzaflopsu (saniyədə 1 kvintilyon əməliyyat) ötən superkompüter yaradacaqlar.

popmech.ru saytının məlumatına görə, “Frontier” adlı layihənin hesablama gücü 1,5 ekzaflopsa çatacaq. Avadanlığın Tennessi ştatının “Oak Ridge” milli laboratoriyasında yerləşdirilməsi nəzərdə tutulur. Maşın zalının ümumi sahəsi təxminən 680 kvadrat metr təşkil edəcək. Hazırda dünyada ən güclü elektron hesablama maşını olan “Summit” də bu laboratoriyada yerləşir. O, saniyədə 200 kvadrilyon əməliyyat (0,2 ekzaflops) yerinə yetirmək imkanına malikdir.

“Frontir”in əsasında AMD-nin prosessor və qrafik nüvələri dayanacaq. Şirkət xüsusi olaraq bu layihə üçün süni intellekt  alqoritmləri və məhsuldar hesablamalar üçün optimallaşdırılmış EPYC çiplərini və HBM yaddaşlı qrafik çiplər əsasında işləyən Radeon Instinct sürətləndiricilərini hazırlayır. Prosessorların və sürətləndiricilərin arxitekturası AMD-nin masaüstü kompüter və serverlər üçün olan mövcud məhsulları ilə uyğunluq təşkil etməyəcək.

“Frontir” ABŞ-lı “həmkarı” Aurora ilə hesablama gücünə görə birincilik uğrunda mübarizə aparacaq. Çikaqo yaxınlığında Arqonn Milli Laboratoriyasında yerləşdiriləcək Aurora superkompüteri “Intel” və “Cray” şirkətləri tərəfindən ABŞ-ın Energetika Nazirliyi üçün hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı