Yollarda sürücülərin sənədlərini yoxlayan robot təqdim olunub May 07, 2019 | 11:42 / Maraqlı məlumatlar

ABŞ-ın qeyri-kommersiya elmi tədqiqat institutu “SRI International”ın mühəndisi Ruben Bryuer yolda sürücülərin sənədlərinin yoxlanılması zamanı patrul polisini əvəz edə bilən robotun prototipini yaradıb.

Robot onun sürücü pəncərəsi qarşısında dayanması üçün irəli hərəkət edən teleskopik ştanqla patrul avtomobilinin sol bortuna bərkidilib. Sürücü ilə ünsiyyət üçün polis robotun ekran və kamerasından, həmçinin sənədlər üçün skaner və printerdən istifadə edir. Kiçik videoçarx patrulun sürücü ilə ünsiyyəti prosesini nümayiş etdirir.

hitech.newsru.com saytının məlumatına görə, yollarda patrul əvəzinə robotdan istifadə olunması sürücü və patrul arasında münaqişə yaranması ehtimalını azaldacaq, həmçinin sükan arxasında silahlı cinayətkar olan avtomobil dayanarsa zabitləri yaralanmalardan və həlak olmadan qorumağa imkan verəcək.

Qeyd edək ki, hər il ABŞ yollarında bu kimi münaqişələr nəticəsində 100 sürücü və patrul həlak olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı