Robotlar dişləri ərpdən təmizləməyi öyrəniblər May 03, 2019 | 02:08 / Texnoloji yeniliklər

Stomatoloqlar ildə azı iki dəfə dişlərin ərpdən və daşlardan təmizlənməsi prosedurundan keçməyi məsləhət görürlər. Gələcəkdə bu işlə robotlar məşğul ola bilərlər. Bunun üçün pasiyentdən sadəcə ağzını maye ilə doldurmaq və maqnit sahəsinin altında əyləşmək tələb olunacaq. Texnologiya Pensilvaniya Universitetinin Stomatoloji Tibb Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanıb və o, artıq öz effektivliyini sübut edib.

hi-news.ru saytının məlumatına görə, yeni texnologiyanın yaradılması ideyasının ərsəyə gəlməsi kifayət qədər gözlənilməz olub: iki tədqiqatçı qrupu müxtəlif layihələr üzərində işlədiklərini öyrəniblər. Bu layihələri birləşdirərək, bəşəriyyət üçün son dərəcə faydalı texnologiya yaratmağın mümkün olacağını anlayıblar. Birinci qrup maqnitlərin köməyilə idarə edilən dəmir oksidin nanozərrəciklərindən kiçik robotların yaradılması ilə məşğul olub. Eyni zamanda digər qrup aydınlaşdırıb ki, dəmir oksid hidrogen peroksidlə qarşılıqlı təsir zamanı bakteriyaları və diş ərpini məhv edir.

Bu iki ideyanı birləşdirən alimlər maqnitlərin köməyilə idarə olunan və dişləri ərpdən təmizləyən katalitik antimikrob robotlarını yaradıblar. Kiçik ölçü və mayedə üzə bilmək qabiliyyəti onlara, hətta ən çətinliklə gedilən yerlərə daxil olmağa və ərpi yaradan materialları qırmağa imkan verib.

Faktiki olaraq, diş ərpi bir çox mikroorqanizmdən ibarət olan bioörtükdür. Belə nazik pərdə yalnız dişlərdə deyil, həm də tibbi avadanlıqlarda, xüsusilə də su borularının daxilində yarana bilər. Beləliklə, texnologiya stomatologiya ilə yanaşı, digər sferalar üçün də olduqca əhəmiyyətlidir.

Sözügedən texnologiya bioörtüklərin qırılmasının başqa metodlarından daha yaxşıdır, çünki indiki üsullar eyni zamanda qoruyucu qatı, bakteriyaları və çürüyən qalıqları məhv edə bilmir. Yeni robotlar isə bütün bunların öhdəsindən gəlirlər.

Yaxın gələcəkdə stomatologiyada bu robotlardan istifadə edilməsi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı