Çin virtual televiziya aparıcılarını dünyaya çıxarır May 01, 2019 | 12:30 / Maraqlı məlumatlar

Çin İnternet-axtarış sistemi “Sogou” virtual xəbər aparıcılarını hazırlaması ilə ümumdünya şöhrəti qazanıb. İlk belə aparıcılar keçən ilin noyabrında “Sinxua” agentliyinin telekanalında  görünüb. Martda virtual kişi kollektivinə kiberqadın Sin Syaomen qoşulub. Hazırda “Sogou” başqa ölkələrə də virtual televiziya aparıcılarını çıxarmağı planlaşdırır.

hightech.plus saytının məlumatına əsasən, Çin İnternet nəhəngi dünyada ilk ərəbdilli virtual aparıcının yaradılması üçün Birləşmiş Ərəb Əmirliklərinin dövlət televiziyası ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Çin 2030-cu ilə qədər süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcılarının hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı