Pasiyentə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürülüb Aprel 30, 2019 | 05:07 / Maraqlı məlumatlar

ABŞ-ın Merilend Universitetinin tədqiqatçıları ilk dəfə olaraq, insan orqanının çatdırılması üçün pilotsuz uçuş aparatından istifadə ediblər.

hitech.newsru.com saytının məlumatına görə, dron donor böyrəyini Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz şəkildə çatdırıldıqdan sonra həkimlər onu 8 ildir ki, əməliyyat olunmağı gözləyən 44 yaşlı pasiyentə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın 1 həftə sonra xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və gecikmələrlə əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı