Canlı orqanizmə bənzəyən süni material yaradılıb Aprel 29, 2019 | 10:08 / Texnoloji yeniliklər

Dünyanın müxtəlif ölkələrindən olan alimlər süni və canlı orqanizmlər arasındakı sərhədi silməyə çalışırlar ki, sərbəst şəkildə özünəbənzər robotlar yarada bilən robotları istehsal edə bilsinlər. Bu istiqamətdə ilk addım ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları tərəfindən atılıb. Belə ki, onlar canlı orqanizmlərin üç əsas xüsusiyyətini (özünütəşkil, maddələr mübadiləsi və inkişaf qabiliyyəti) göstərən bioloji material yaradıblar.

hi-news.ru saytının məlumatına görə, materialın əsasında iyerarxiya materiallarının toplanması və sintezini təmin edən dezoksiribonuklein turşusu dayanır. Maddələr mübadiləsi və bərpası üçün təlimat birbaşa materialda düzgün şəkildə kodlanır və nəticədə selik kimi bir maddənin istehsalı sayəsində irəliləyir. Hərəkət tamamilə aşkar üsulla baş verir. Belə ki, seliyin yeni sapları ön tərəfdən böyüyür və materialı irəli çəkirlər, arxadakı saplar isə qırılır və parçalanır.

“Biz süni maddələr mübadiləsinə əsaslanan materialın tamamilə yeni konsepsiyasını tətbiq etdik. Biz canlı orqanizm deyil, daha həqiqi görünən materiallar yaradırıq”, – deyə tədqiqat müəlliflərindən biri Den Luo söyləyib.

Alimlər bildirirlər ki, materialda gedən proseslər insan müdaxiləsi tələb etmir. Material primitiv olsa da, canlı orqanizmlərə bənzəyən robotların yaradılmasında əsas rol oynayacaq.

Gələcəkdə tədqiqatçılar materiala qida və işıq kimi müxtəlif qıcıqlandırıcıları cəlb etməyi öyrətmək, həmçinin materialın yararlılıq müddətini artırmaq niyyətindədirlər. Bütün bunlar tamamilə mümkündür, çünki tədqiqatçılar hələ ki, biomolekullardan robotların yaradılmasının birinci mərhələsindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı