Depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlanıb Aprel 19, 2019 | 02:38 / Texnoloji yeniliklər

Yeni Cənubi Uels Universitetinin alim və mühəndisləri depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən cihaz hazırlayıblar.

“Bizim hazırladığımız qurğu, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insanın beynini normal vəziyyətinə geri qaytarır”, – deyə universitetin psixiatriya məktəbinin professoru Kolin Lo bildirib.

belta.by saytının məlumatına görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq. Çünki onlar hər zaman psixoloji və psixi problemlərlə əlaqədar olaraq mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar. Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı