“Əşyaların interneti” yarımkeçirici sahənin inkişafında mühüm rol oynayacaq Sentyabr 03, 2014 | 03:58 / Texnoloji yeniliklər

Dünyanın ən böyük müqavilə istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinin nümayəndələri hesab edir ki, yaxın 3-5 ildə “əşyaların interneti” yarımkeçirici sahədə əsas artım drayveri olacaq.
 
Bildirilir ki, “əşyaların interneti” və daşınan elektronikanın inkişafı mikrokontrollerlər, təsvir datçikləri, Wi-Fi və Bluetooth adapterləri kimi ən əhəmiyyətli yarımkeçirici komponentlərə tələbatı stimullaşdıracaq.

Tayvanda keçirilən “SEMICON” forumunda, həmçinin qeyd olunub ki, 2014-cü ildə qlobal yarımkeçirici avadanlığı bazarının həcmi 20,8% artaraq 38,4 milyard ABŞ dolları təşkil edəcək. Növbəti il bu göstərici daha 11% artaraq 42,6 milyard dollara çatacaq.

dailycomm.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı