Xərçəng şişlərinin axtarışı üçün qeyri-adi rentgendən istifadə ediləcək Aprel 16, 2019 | 09:17 / Texnoloji yeniliklər

Yeni portativ rentgen cihazı xərçəngin inkişafının erkən əlamətlərinin aşkarlanması üçün istifadə edilə bilər. Söhbət standart ikiölçülü şəkildən deyil, üçölçülü təsvirdən  gedir.

meddaily.ru saytının məlumatına görə, yığcamlığı ilə seçilən üçölçülü rentgen cihazı kompüter tomoqrafiyası üçün böyük və bahalı sistemlərdən fərqli olaraq, kiçik klinikalar üçün daha əlçatan olacaq. Hazırda Böyük Britaniyanın Kosmik agentliyi “Adaptix” 3D-skanerinin hazırlanması ilə məşğul olur. Qurğunun işi ulduzların tədqiqatı üçün istifadə olunan texnologiyaya əsaslanır.

Cihaz daha əvvəl bürclərin xəritəsinin çəkilməsi üçün kosmik aparatlarda istifadə edilən sirenlərlə təchiz edilib. Onlar ən aşağı dozada şüa yayan kompüter tomoqrafiyası cihazlarına nisbətən, 10% daha az radiasiya buraxır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı