Beyindəki məlumatlar damarlar vasitəsilə kompüterə ötürüləcək Aprel 11, 2019 | 11:43 / Maraqlı məlumatlar

Alimlər beyindən məlumatların fəal şəkildə kompüterə ötürülməsi  üçün interfeyslər hazırlayırlar. Lakin onların açıq əməliyyat vasitəsi ilə tətbiq edilməsi bu işin mənfi cəhəti hesab edilir. Texnologiya iflic olmuş insanların kompüterin köməyi ilə ünsiyyət qurmağına imkan versə də, cərrahi müdaxilələr qıcolma və insultlara səbəb olur.

nanonewsnet.ru saytının məlumatına əsasən, bu problemi həll etmək üçün “Synchron” şirkəti boyun və başdan qanın hərəkət etdiyi damarların daxili ilə beyinə ötürülə bilən “Stentrode” adlı beyin implantatı hazırlayıb. Bu kimi yanaşma əməliyyat ehtiyacını aradan qaldırmağa imkan verir.

Daxil edilən qurğu boyun damarı vasitəsilə beyinə çatdırılır. Tədqiqatçıların heyvanlar üzərində apardığı araşdırmalara görə, toxumaya implantasiya təxminən iki həftə çəkir və o, insan orqanizminə zərər yetirmir.

Şirkət insanlar üzərində sınaqların keçirilməsinə də razılıq alıb. Qurğu ağız və əllərində pozulmalar müşahidə olunan beş pasiyent üzərində tətbiq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı