Simsiz İnternetin sürətinin artırılması üsulları açıqlanıb Aprel 09, 2019 | 09:45 / Maraqlı məlumatlar

Ekspertlər İnternetin sürətini artırmağa kömək edən səkkiz üsul müəyyən ediblər. Onların sözlərinə görə, qoşulma sürətinə bir neçə amil təsir göstərə bilər: ruterin yerləşdiyi yer, divarların qalınlığı, mebel və insanların sayı.

İnternet-səhifələrin “donmasının” qarşısını almaq üçün, ilk növbədə brauzerdə keşi təmizləmək və proqram təminatını yeniləmək lazımdır. Mütəxəssislər siqnalın ərazidə daha yaxşı yayıla bilməsi üçün marşrutlayıcıları yuxarıda yerləşdirməyi məsləhət görürlər. Bununla yanaşı, onlar qeyd edibər ki, ruterin şüşə yanında yerləşdirilməsi tövsiyə edilmir.

iz.ru saytının məlumatına görə, həmçinin fon rejimində işləyən proqramlara diqqət yetirmək lazımdır. Belə ki, onlar trafik cəlb edə bilərlər. Ekspertlər antivirus proqramlarını mütəmadi olaraq yeniləməyi məsləhət görürlər. Mütəxəssislər şəbəkəyə kənar şəxslərin qoşulmaması üçün Wi-Fi üçün etibarlı parolun seçilməsinin zəruri olduğunu bildiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı