Süni intellekt ilk elmi işini yazıb Aprel 08, 2019 | 12:08 / Maraqlı məlumatlar

“Springer Nature” nəşriyyatı bəşəriyyət tarixində riyazi alqoritm tərəfindən yaradılmış ilk elmi kitabı dərc edib. Monoqrafiyanın elektron versiyası “SpringerLink”də oxucular üçün əlçatandır.

Bu yaxınlarda isə “Springer Nature” litium-ion akkumulyatorlarının tədqiqinə həsr edilmiş və süni intellekt vasitəsilə yaradılmış ilk elmi icmalını dərc edib. Toplu problemə həsr edilmiş nəşrlərin panoramasını təşkil edir, kitabın arxitekturası isə oxucuya ötən illərin məqalələrinə asanlıqla yönəlməyə imkan verir.

nanonewsnet.ru saytının məlumatına görə, nəşriyyat bu üsulla akademik məhsuldan istifadənin effektivliyini artırmaq niyyətindədir.

Qeyd edək ki, 2018-ci ildə hərracda süni intellekt tərəfindən çəkilmiş “Edmond de Belaminin Portreti” əsəri 28 milyon rubla satılmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı