“Microsoft” şirkəti virtual fərdi kompüterlər təqdim edib Aprel 05, 2019 | 10:32 / Texnoloji yeniliklər

“Microsoft” şirkəti uzun müddətdir ki, klassik fərdi kompüterlərə alternativ hazırlayır. Bu yaxınlarda adi kompüterlərin tədricən aradan çıxmasına səbəb olacaq virtual fərdi kompüterlərin (Windows Virtual Desktop) beta-versiyası təqdim edilib.

3dnews.ru saytının məlumatına görə, “Windows Virtual Desktop” sistemi “Windows” 7 və 10-u, “Office 365 ProPlus” əlavəsini və s. virtuallaşdırır. Bunun üçün “Azure” bulud sistemi istifadə olunur. Gözlənildiyi kimi, cari ilin payız aylarında yeni xidmətə abunəlik mümkün olacaq.

“Windows Virtual Desktop” “Windows 7” üzrə genişləndirilmiş dəstəyin dayandırılmasını nəzərə alaraq hələ ki, biznes üçün həll kimi planlaşdırılır. Lakin şirkətin gələcəkdə adi istifadəçilər üçün də analoq təqdim edəcəyi istisna edilmir.

Ehtimal olunur ki, istifadəçilər tədricən “Chrome OS” və ya “Windows Lite” əməliyyat sistemləri əsasında işləyən yığcam və yüngül qurğu-terminallardan istifadə edəcək. Bütün emal prosesi isə, şirkətlərin güclü serverlərində yerinə yetiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı