Mobil telefon vasitəsilə havanın keyfiyyətini ölçən tənzimləyici hazırlanır Aprel 02, 2019 | 12:00 / Maraqlı məlumatlar

Estoniyanın Tartu Universitetinin mütəxəssisləri havanın keyfiyyətinə nəzarət edə və sahibini zəhərli maddələrin mövcudluğu haqqında xəbərdar edə bilən yeni texnologiya üzərində işləyirlər.

tass.ru saytının məlumatına əsasən, alimlər bu yaxınlarda Barselonada keçirilən sərgidə havada zəhərli maddələri müəyyənləşdirən xüsusi tənzimləyici təqdim ediblər. Bu ideya əksər smartfon istehsalçılarının diqqətini cəlb edib.

Universitetin bir neçə alimi 5 ildir ki, qrafen materialı əsasında hazırlanan yeni qurğu üzərində işləyir. Güman edilir ki, yeni qurğu havanın keyfiyyətini avtomatik təhlil edəcək və sahibini bu barədə xəbərdar edəcək.

Alimlər sözügedən mobil tənzimləyicinin 2 il sonra hazır olacağına ümid edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı