iPhone üçün yeni ödəmə sistemi hazırlanır Sentyabr 01, 2014 | 09:36 / Texnoloji yeniliklər

"Apple" şirkəti iPhone üçün yeni ödəmə sisteminin hazırlanması çərçivəsində "American Express" şirkətilə ilə bir araya gəlib.

3dnews.ru saytının məlumatına görə, yeni ödəmə sistemi iPhone 6 sahiblərinə adi mağazalarda müxtəlif malların ödənişini həyata keçirmək üçün kredit və ya debit kartı əvəzinə öz qurğularından istifadə etməyə imkan verəcək. İstehlakçılar iPhone ilə yeni ödəniş sistemini dəstəkləyən pərakəndə satış yerlərindəki xüsusi kassalara yaxınlaşacaq və lazımi vəsait onların hesabından çıxılacaq. Hansı pərakəndə şəbəkələrinin bu kimi ödəmələri qəbul edəcəyi hələ ki, məlum deyil. Ehtimal olunur ki, söhbət yalnız ABŞ bazarından gedir.

iPhone üçün xüsusi ödəmə sistemini işə salmaq üçün isə "Apple" kredit kartları şəbəkəsi və ya xüsusi bankdan icazə almalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı