Bağırsağın daxilindən ağrısız inyeksiya edən “ağıllı” kapsul təqdim olunub Aprel 01, 2019 | 09:33 / Texnoloji yeniliklər

Hindistanlı istehsalçılar şpris və ağrı olmadan bilavasitə bağırsaq divarına inyeksiya üçün “ağıllı” kapsulu sınaqdan keçirirlər.

İynə vurdurmağı heç kəs sevmir, lakin bəzi pasiyentlər üçün bu, demək olar ki, əsl katorqaya çevrilib. Məsələn, I tip diabetdən əziyyət çəkən xəstələr insulin inyeksiyasını gündə bir neçə dəfə etməyə məcburdurlar. Buna görə də istehsalçılar iynə və şprislərin daha “insanpərvər” versiyasını yaratmaq cəhdlərindən əl çəkmirlər. Bununla bağlı yeni layihəni tibbi alətlər ixtiraçısı Mir İmran təqdim edib.

nanonewsnet.ru saytının məlumatına görə, İmranın komandası “RaniPill” adlı “ağıllı” kapsulun hazırlanmasına 7 ildən çox vaxt sərf edib. Miniatür qurğu udulur və onun qabığı mədənin turş mühitində həll olur. Bu, xüsusi mühitdə iki kimyəvi maddənin qarışmasına və az miqdarda karbon qazının ayrılmasına gətirib çıxarır. Qaz kiçik elastik sferanı hava şarı kimi şişirdir və onun təzyiqi altında kapsuldan preparatı bilavasitə bağırsaq divarına inyeksiya edən iynələr çıxır.

Onun ağrı reseptorları yoxdur, lakin damar şəbəkəsi ilə elə sıx əlaqədədir ki, dərman dərhal oraya düşür. Həmin zaman bioparçalanan polimerdən hazırlanmış iynələr daxil olmaqla, kapsulun qalan hissələri də həll olur, digər fraqmentlər isə daha sonra həzm edilmiş qida ilə birlikdə xaric edilir. İstehsalçılar nümayiş etdiriblər ki, “RaniPill”dən istifadə udulma, həzm yolundan keçmə, hətta “şar”ın şişirdilməsi və iynələrin işə keçməsi zamanı hər hansı bir problemin yaranmasına səbəb olmur.

Təxminən 100 heyvan üzərində insulin daxil olmaqla, müxtəlif potensial faydalı preparatlarla uğurlu sınaqlar keçirilib. 20 insan üzərində aparılan testlər də müvəffəqiyyətlə başa çatdırılıb. Lakin bu zaman İmranın komandası hələ ki, preparatlar olmadan sınaqlar keçirib, yalnız könüllülərin “ağıllı” kapsulun tətbiqindən sonra keçirdikləri hissləri öyrənib. Belə gizli inyeksiyadan sonra onlar həqiqətən heç bir ağrı hiss etməyiblər.

Növbəti mərhələdə əsl pasiyentlər və dərmanlarla sınaqlar keçiriləcək. İxtiraçılar “ağıllı” kapsulu dərman hədəfə çatdığı an siqnal verəcək kiçik simsiz sensorla təchiz etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı