Yük daşıyan robot təqdim olunub Mart 29, 2019 | 04:00 / Maraqlı məlumatlar

ABŞ-ın “Boston Dynamics” şirkəti gəzə və qaça bilən, dörd ayaq üstündə tarazlığı saxlamaq imkanına malik olan robotları ilə məşhurdur. Şirkətin təqdim etdiyi yeni robot isə iki təkər üzərində hərəkət edir.

popmech.ru saytının məlumatına əsasən, qurğu qutuların tutulub və saxlanılması funksiyasını həyata keçirən manipulyatorla təchiz edilib. O, bir dəfə üçün 15 kiloqrama qədər yük daşımaq imkanına malikdir.

Qeyd edək ki, şirkət bu konsepsiyaya bənzər “Handle” robotunu iki il əvvəl təqdim edib. 45 kiloluq robot müxtəlif maneələrin öhdəsindən gəlmək, qarlı ərazilərdə hərəkət etmək, hətta tullanmaq kimi bacarıqlara malik olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı