Olimpiadada insanlara kömək edən robotlar təqdim edilib Mart 19, 2019 | 11:11 / Maraqlı məlumatlar

2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada robotlar könüllülərin vəzifələrinin bir hissəsini öz üzərinə götürəcəklər.

vesti.ru saytının məlumatına görə, Olimpiada robotları lazımi materialların çatdırılmasını yerinə yetirən “Delivery Support Robot”u və insanlara dəstək olan “Human Support Robot”u olaraq fəaliyyət göstərəcəklər. Onlar Olimpiadada iştirak edən qonaqlara yerlərini tapmağa kömək edəcəklər.

“Toyota” şirkətinin robot istehsalçıları qeyd edirlər ki, robotlar daha çox hərəkət məhdudiyyəti olan insanlara faydalı olacaq. 2030-cu ildə bu android-köməkçilərin kütləvi istehsalı planlaşdırılır.

Qeyd edək ki, Yaponiya Olimpiadada ölkənin texniki inkişaf səviyyəsini ilk dəfə nümayiş etdirmir. Belə ki, 1964-cü ildə keçirilən Olimpiya oyunları zamanı Şinkansen şəhərində insanların hələ də istifadə etdiyi sürət qatarı təqdim edilmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı