Partlayışa davamlı smartfon Avqust 29, 2014 | 11:58 / Texnoloji yeniliklər

Norveçin "Pixavi" şirkətinin istehsal etdiyi Impact X smartfonu ekstremal şəraitlərdə istifadə üçün nəzərdə tutulub. Qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.

tech.onliner.by saytının məlumatına görə, smartfon 2 metr hündürlükdən yerə düşməyə davamlıdır. Impact X smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekrana 2 millimetrlik Gorilla Glass 2 şüşəsi əlavə edilib. Aparata Android 4.2.2 Jelly Bean platforması quraşdırılıb.

Təxmin olunur ki, yeni qurğunun qiyməti 1-1,2 min dollar civarında olacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı