GPS texnologiyasını əvəz edən atom saatı Mart 15, 2019 | 11:05 / Texnoloji yeniliklər

Böyük Britaniyanın Sasseks Universitetində “Emergent Photonics Lab” (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.

hi-tech.mail.ru saytının məlumatına görə, müasir smartfon və digər naviqasiya qurğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu, istifadəçilərin peyk siqnalının əlçatanlığı sahəsində daima beynəlxalq siyasətdən asılı olduğunu göstərir.

İstehsalçılar hesab edirlər ki, onların bu problemin universal həlli üçün təqdim etdikləri texnologiya insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq olunur. Bu, fiber-optik İnternet kabellərinin iş prinsipini xatırladır.

Yığcam atom saatları bir çox sahədə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya digər yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı