“Ümumdünya Hörümçək Toru”nun yaradılmasından 30 il ötür Mart 12, 2019 | 03:00 / Mühüm hadisələr

“Ümumdünya Hörümçək Toru” Tim Berners-Li tərəfindən 1989-cu il martın 12-də yaradılıb.

Martın 12-də “Google”un axtarış xidmətinin əsas səhifəsində yerləşdirilmiş yeni “Doodle” (“Google”un ana səhifəsində bayram, hadisə və ya şəxsin xatirəsinə həsr olunmuş loqo) “Ümumdünya Hörümçək Toru”nun 30 illiyinə həsr edilib.

life.ru saytının məlumatına əsasən, Tim Berners-Li “Ümumdünya Hörümçək Toru”nun yaradılması zamanı öncə tipləşdirilmiş istinadlardan ibarət böyük hipermətn məlumat bazası yaratmağı planlaşdırıb. “Mesh” adlandırılacaq layihə CERN-də bir neçə kompüter arasında informasiya mübadiləsinə kömək etməli idi.

Nəticədə Berners-Li “HTML” dili, həmçinin “HTTP” və “WorldWideWeb.app” proqramlarını yazaraq blok-sxemi adi modelə çevirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı