“Ağıllı” robot-transformer Mart 12, 2019 | 12:18 / Texnoloji yeniliklər

“Robosen” şirkətinin mütəxəssisləri avtomatik rejimdə avtomobilə çevrilən ilk “ağıllı” robot hazırlayıblar. Layihə “Kickstarter” platformasında 4 gün ərzində 46 215 dollar vəsait toplayıb.

robo-hunter.com saytının məlumatına görə, “T9” adlı “ağıllı” robot-transformer ona öz formasını əsaslı şəkildə dəyişdirməyə imkan verən 300-dən çox detaldan ibarətdir. Qurğu avtomobilə çevrilə, insan görünüşünü qəbul edə, müxtəlif istiqamətlərdə hərəkət edə və bir çox digər tapşırıqları yerinə yetirə bilir.

Robotun hərəkətlərini idarə etmək təcrübəli, eləcə də yeni başlayan proqramçılar üçün olduqca asandır. “T9”u əl ilə proqramlaşdırmaq və ya hərəkətlərin ardıcıllığını təsvirlər üzrə seçmək mümkündür.

Robotu 269 dollara əldə etmək olar. 2019-cu ilin iyun ayında sifarişlərin çatdırılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı