Rusiyalı hakerlər ABŞ-ın JP Morgan Chase bankına hücüm ediblər Avqust 28, 2014 | 04:14 / Texnoloji yeniliklər

Rusiyalı hakerlər ABŞ-ın ən az iki bankına hücüm ediblər ki, onlardan biri də JP Morgan Chase-dir.

Federal Təhqiqatlar Bürosunun araşdırmalarında ehtimal olunur ki, bu insident ABŞ-ın Rusiya barəsindəki iqtisadi sanksiyalarına cavabdır.

gazeta.ru saytının məlumatına görə, hücum nəticəsində qiqabaytlarla məxfi məlumatlar oğurlanıb. Hazırda kibertəhlükəsizlik üzrə ekspertlər istifadə olunmuş alətlərin oxşarlığını üzə çıxarmaq məqsədilə əvvəllər Avropa banklarına edilmiş hücumları araşdırırlar.

Qeyd olunur ki, hakerlər bankın saytlarından birində "sıfır günü"nün olmasından istifadə edərək JP Morgan Chase-in təhlükəsizlik sisteminə daxil olmağa nail olublar.

Mütəxəssislər hakerlərin peşəkarlığını yüksək qiymətləndirərək onların orta səviyyəli kibercinayətkarları əhəmiyyətli dərəcədə geridə qoyduqlarını da vurğulayıblar. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı