İnstitutun şöbə müdiri Kiyevdə doktorluq dissertasiyasının müdafiəsində iştirak edib Mart 06, 2019 | 12:02 / Mühüm hadisələr

Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin 28 fevral 2019-cu il tarixində keçirilmiş Elmi şurasının iclasında Ukraynanın Milli Texniki Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Aydın Həsənov texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün “05.13.06 – informasiya texnologiyaları” ixtisası üzrə “Qeyri-stasionar proseslərin çoxsəviyyəli inteqrasiya əsasında modelləşdirilməsi və proqnozlaşdırılmasının informasiya texnologiyaları” mövzusunda təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir.

Müdafiədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov iştirak etmişdir.

Qeyd edək ki, dissertasiya işi Ukraynanın Milli Texniki Universitetinin (İqor Sikorski adına Kiyev Politexnik İnstitutu) “Tətbiqi Sistem Analizi İnstitutu” tədris-elmi kompleksində yerinə yetirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı