Yeni proqram smartfon tərəfindən “yeyilmiş” vaxtı göstərəcək Mart 01, 2019 | 09:13 / Texnoloji yeniliklər

Bir neçə ay əvvəl “Google” korporasiyası “Android 9.0” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlardan istifadəyə məhdudiyyət qoyulması və nəzarət üçün “Digital Wellbeing” texnologiyasını təqdim edib. Bu texnologiya elektron qurğu asılılığından yorulmuş və ondan qurtulmaq üçün köməyə ehtiyac duyan şəxslər üçün yaradılıb. Bu yaxınlarda yeni texnologiya əsasında “Action Launcher” və “Link Bubble” kimi xidmətlərin müəllifi Kris Leysi tərəfindən “ActionDash” proqramı istifadəyə verilib.

techcult.ru saytının məlumatına görə, “ActionDash” proqramı “Digital Wellbeing” kimi, seçilmiş istifadəçinin proqramlara girişini məhdudlaşdıra bilməsə də, onlardan istifadəsinin bütün statistikasını nöqsansız şəkildə toplayır və analiz edir. O, proqramın istifadə edildiyi vaxtı və müddəti, göndərilən xəbərdarlıqları, istifadə edilən məlumatları və s. göstərir. İnformasiya aydın qrafik və diaqramlar şəklində təqdim edilir.

Məsələn, daha insan özünü aldada və iddia edə bilməz ki, elektron kitablar oxuyur, çünki “ActionDash” ötən həftə neçə səhifənin oxunduğunu göstərəcək. Əyləncə portalında və iş saytında keçirilmiş vaxtın nisbəti saat və dəqiqələrin necə ötdüyünü anlamağa kömək edəcək.

“Google” şirkəti “Digital Wellbeing” texnologiyasını yeni “Samsung” və “Nokia” qurğularında istifadəyə verəcək. Kris Leysinin proqramı isə, hətta “Android 5.0” əməliyyat sisteminin idarəetməsi altında işləyən köhnə smartfonlar da daxil olmaqla, artıq bütün qurğularda əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı