Rəqs edə bilən “ağıllı” humanoid robot nümayiş etdirilib Fevral 27, 2019 | 11:00 / Maraqlı məlumatlar

“INNFOS” şirkəti “XR-1” adlı “ağıllı” xidmət robotunu nümayiş etdirib. SCA texnologiyasına əsaslanan robot Barselonada keçirilən “Mobile World Congress” (MWC 2019) sərgisində təqdim edilib.

robo-hunter.com saytının məlumatına əsasən, robot insanları salamlamaq, əl sıxmaq, qəhvə vermək, rəqs etmək, predmetləri tutmaq və suallara cavab verə bilmək qabiliyyətinə malikdir.

“XR-1” robotunun boyu 160 santimetr, çəkisi 55 kiloqramdır. İnsanabənzər robot həmçinin, iynə və sapla işləyə bilir.

SCA-nın inteqrasiya edilmiş birləşmələri nəticəsində robot dəqiq və aktiv hərəkətlər etmək imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı