Hakerlər üçün robot yaradılıb Fevral 22, 2019 | 05:30 / Texnoloji yeniliklər

“Ağıllı” oyuncaq istehsalçısı “Sphero” hakerlər üçün robot hazırlayıb. Şirkət mütəxəssisləri hərəkətli “Rvr” platformasını müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq yaradıblar. Onlar xüsusilə, robotun müxtəlif tipli səthlər üzərində hərəkət edə bilməsi, səsli əmrlərə reaksiya verməsi, sahibinin evinin təhlükəsizliyini təmin etməsi və ehtiyac olduqda, hətta döyüş funksiyalarını yerinə yetirə bilməsini xahiş ediblər. İstehsalçılar isə robotu istifadəçilərin istədikləri funksiyalarla təchiz etməyiblər. Onlara proqram təminatına məhz özlərinə lazım olan dəyişiklikləri daxil edə bilmək imkanı veriblər.

techcult.ru saytının məlumatına görə, “Rvr” onu coystikin köməyilə asanlıqla idarə etməyə imkan verən “Sphero Edu” proqramı ilə işləyir. İlk sınaqdan sonra istifadəçi robotu həmin proqramdan istifadə edərək, özünə uyğun yenidən kodlaşdırmağa başlaya bilər. “Sphero Edu” “Scratch” vizual proqramlaşdırma dilinə əsaslanır.

Yeni başlayanlar “Draw and Drive” funksiyasını öyrənə bilərlər, sonra blok proqramlaşdırma kimi daha ciddi məsələlərə, daha sonra isə “JavaScript”də kodlaşdırmaya keçə bilərlər. Proqram onlayn cəmiyyət çərçivəsində kömək, əlavə məlumat və ya başqa hakerlərlə danışmaq imkanı təqdim edir.

Məsafədən idarə olunan oyuncaq kimi görünən dörd təkərli “Sphero Rvr” rəngin və infraqırmızı şüalanmanın tanınması, işığın aşkar edilməsi üçün sensorlarla, həmçinin maqnitometr, akselerometr və hiroskopla təchiz edilib. Bütün bunlar çoxlu işıq diodu ilə tamamlanır. “Rvr” akkumulyatorla 2 saat enerji ilə doldurulmadan işləyir.

“Kickstarter” platformasında yerləşdirilmiş “Sphero Rvr” layihəsi 1 ay ərzində 150 000 dollardan çox vəsait toplaya bilib. Robotu 199 dollara sifariş etmək olar. Kampaniya uğurlu olarsa, robot oktyabr ayında satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı