İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb Fevral 21, 2019 | 02:42 / Texnoloji yeniliklər

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Lakin “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.

hitech.vesti.ru saytının məlumatına əsasən, “GLOSA” avtomobilin şəhərin nəqliyyat infrastrukturuna qoşulmasına, yol nişanları və işıqforların iş rejimi haqqında informasiyanı oxumasına imkan verən sistemə bir əlavədir.

“GLOSA” sistemi avtomobilin bortunda quraşdırılmış mobil 4G-moduldan siqnalı qəbul edir və növbəti işıqforadək məsafəni nəzərə alaraq sürət rejimini hesablayır ki, sürücü həmişə yaşıl işıqda yolu keçə bilsin.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı